Mayk Tayson və Tupak Şakur yaxın dost olublar

Mayk Tayson və Tupak Şakur Nyu-Yorkun dəhşətli bölgələrində böyüyüblər. Bruklindən Mayk, Harlemdən Şakur. Hər ikisi onları əhatə edə biləcək ən pis şeyləri görüblər.

SİA-nın xəbərinə görə Tayson və Tupak təcavüz üstündə eyni vaxtda həbs olunublar. Mayk Dezire Vaşinqtonu zorlamaqda günahlandırılmışdı. Şakur isə sevgililərindən birini. Hər ikisi ittihamlarla razılaşmamışdı.

Mayk Tayson və Tupak Şakurun dostluğu həbsxanadan sonra da davam etmişdi. 1995-ci ildə, demək olar ki, eyni vaxtda sərbəst buraxıldılar və tez-tez birlikdə vaxt keçirməyə başlamışdılar.

1996-cı ildə Tupak artıq ABŞ-ın rap sənayesində dini şəxsiyyətə çevrilmişdi. Lakin populyarlıq və milyonlarla nüsxədə yayılan albomlardan başqa, Şakurun da düşmənləri varidi. 7 sentyabr 1996-cı ilədək Tupak üzərində bir neçə sui-qəsd cəhdi edilmişdi, bəzilərindən sonra möcüzə ilə sağ qalmışdı.

Həmən gün Mayk Tayson rəqibi olan Brüs Seldonu ilk raundda nokaut etdiyi zaman onu ilk təbrik edən Tupak Şakur olmuşdu.

Döyüşdən dərhal sonra Tupak repçi Kniqt ilə birlikdə qara BMW 750iL-də “Club 662”ya yola düşüblər. 23:15-də ağ rəngli “Cadillac” maşını onlara tərəf gəlib və ordan naməlum bir şəxs Tupakın oturduğu sərnişin oturacağına dörd güllə atıb. Bütün güllələr hədəfə dəymişdi.

Rəsmi versiyaya görə, xəstəxanaya çatdırılan Tupak bir həftə sonra sentyabrın 13-də yerli vaxtla 04:03-də tənəffüs çatışmazlığından ölüb. Tayson baş verənlərə görə özünü günahlandırmışdı:

“Özümü çox günahkar hiss edirəm, çünki hiss etdim ki, döyüşə gəlməsə idi, qətl olmazdı” deyib.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə