"Napoli" və "Yuventus" yarımfinalda

Futbol üzrə İtaliya kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Napoli” doğma azarkeşləri qarşısında “Latsio”nu qəbul edib. Görüşdə minimal hesablı qələbə qazanan neapollular turnirdə yarımfinala yüksələn ilk komanda olub.

1/4 final mərhələsinin digər görüşü bu gün keçirilib. “Yuventus” bu mərhələdə “Roma” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matçda inamlı qələbəyə sevinən Turin təmsilçisi yarımfinala yüksəlib.

1/4 finalın digər iki görüşü isə yanvarın 28 və 29-da keçiriləcək. “Milan” “Torino” ilə, “İnter” isə “Fiorentina”yla üz-üzə gələcək.

İtaliya kuboku

1/4 final

21 yanvar

Napoli – Latsio 1:0

Qol: İnsinye, 2.

22 yanvar

Yuventus – Roma 3:1

Qol: Ronaldo, 26. Bentankur, 38. Bonuççi, 45+2 – Buffon, 50-öz qapısına.

28 yanvar

23:35 Milan – Torino

29 yanvar

23:45 İnter – Fiorentina

Bütün xəbərlər Facebook səhifəmizdə