Makqreqora Masvidalla döyüş təklif olunub

MMA meneceri Eyb Kava, UFC ağır çəki çempionu Kamaru Usmanın zədə aldığını bildirib və Konor Makqreqoru müştərisi Xorxe Masvidalla kəmər uğrunda mübarizəyə dəvət edib. SİA-nın xəbərinə görə, menecerin "twitter" hesabında bildirilib ki, Usman UFC 245 turnirində Kolbi Kovinqton ilə beş dövrlük döyüş zamanı zədə alıb və Usman yaxın gələcəkdə kəmərini qoruya bilməyəcək. Buna görə Kava Masvidalla titul uğrunda Makqreqora döyüşməyi təklif edib.

Xatırladaq ki, Makqreqor UFC 246-da Donald Serroneyə ilk turda nokautla qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...