Budo turnirinə start verilib

Dekabrın 29-da Hövsan Olimpiya İdman Kompleksində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş budo turniri start götürüb. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə paytaxt və bölgələrdən 500-ə yaxın idmançı iştirak edir.

Yarışın qalibləri nazirlik və federasiya tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə