“Liverpul” turnir cədvəlində ən yaxın izləyicisi “Lester Siti”ni rəqib meydanında darmadağın edib

“Liverpul” turnir cədvəlində ən yaxın izləyicisi “Lester Siti”ni rəqib meydanında darmadağın edib

Dekabrın 26-da İngiltərə Premyer Liqasının 19-cu turunun mərkəzi qarşılaşması keçirilib.

SİA xəbər verir ki, “Liverpul” turnir cədvəlində ən yaxın izləyicisi olan “Lester Siti” klubunun qonağı olub.

Görüş “Liverpul”un 4:0 hesablı qələbəsi ilə baş çatıb.

Yurqen Klopun yetirmələrinin heyətində Roberto Firmino (2) və Jeyms Milner (2) fərqləniblər.

Bu qələbədən sonra Mersesayd təmsilçisi xallarını 52-ə çatdıraraq “Lester Siti”dən 13, “Mançester Siti”dən isə 14 xal öndədir.

Bütün xəbərlər Facebook səhifəmizdə