Qəbələdə darmadağın, Bakıda heç-heçə

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

"Qəbələ" öz meydanında "Sabah"ı qəbul edib. Oyun "qırmızı-qaralar"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Bununla da "Qəbələ" mərhələ keçmək üçün yaxşı şans qazanıb.

Digər görüşdə isə "Zirə" "Səbail"in qonağı olub. Qarşılaşmada qol olmayıb.

Bu mərhələnin digər iki ilk görüşü sabah keçiriləcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı dekabrın 19-u və 20-də olacaq.


15 dekabr (bazar)

17:00. “Səbail” – “Zirə” - 0:0
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Fərid Hacıyev
“ASCO Arena”

15:00. “Qəbələ” – “Sabah” - 3:0
Qol: Klesio Bauk, 19, 43, Ülvi İsgəndərov, 87
Qırmızı vərəqə: Ülvi İsgəndərov, 90+2-ikinci sarı vərəqə ("Qəbələ")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamranbəy
Qəbələ şəhər stadionu

16 dekabr (bazar ertəsi)

18:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell Arena”

20:00. “Qarabağ” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı
Tofiq Bəhramov adına Respublika Stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə