Premyer Liqa: XII turun təyinatları məlum oldu

Azərbaycan Premyer Liqasının XII turunda keçiriləcək oyunlara təyinatlar müəyyənləşib. SİA-nın məlumatına görə, FIFA referilərindən yalnız Rauf Cabbarov təyinat alıb. O, "Sumqayıt" və "Qarabağ" arasında keçiriləcək turun açılış matçını idarə edəcək.

22 noyabr (cümə)
“Sumqayıt” – “Qarabağ”
Kapital Bank Arena. Saat 19:00
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev

23 noyabr (şənbə)
“Səbail” – “Sabah” SCO Arena. Saat 15:00
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

24 noyabr (bazar)
“Neftçi” – “Qəbələ”
Bakcell Arena. Saat 17:00
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli

“Zirə” – “Keşlə”
Zirə İdman Komleksinin stadionu. Saat 15:00
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov

Bütün xəbərlər Facebook səhifəmizdə