Qadın cüdoçularımız Kameruna yollanacaqlar

Noyabrın 9-10-da Kamerunun paytaxtı Yaundedə cüdo üzrə keçiriləcək “Yaounde African Open 2019” turnirində Azərbaycanı qadın cüdoçular təmsil edəcəklər. Beynəlxalq Cüdo Federasiyasının saytında yer alan məlumatda deyilir ki, yarışda cüdoçularımızdan Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Munxtsedev, Aleksandra-Larisa Florian (hər ikisi 57 kq) mübarizə aparacaqlar.

Turnirdə 29 ölkədən 160 idmançı iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə