Noyabrın 6-da Qazaxıstanın Uralski şəhərində badminton üzrə “CONDENSATE Kazakhstan International Series 2019” beynəlxalq turnirinə start verilib. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi Edi Reski Dviçayo təmsil edir. Badmintonçumuz mübarizəyə onaltıdabir final mərhələsindən başlayacaq. Dviçayo ilk görüşünü noyabrın 7-də qazaxıstanlı badmintonçu Vyaçeslav Vlassovla qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 12:30-da baş tutacaq.
Qeyd edək ki, turnirdə 51 kişi və 38 qadın badmintonçu iştirak edir. Turnirin mükafat fondu 10 min dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB