Nazim Umbayev Avropa birinciliyinin görüşlərini idarə edib

Nazim Umbayev Avropa birinciliyinin görüşlərini idarə edib

Rusiyada gənc cüdoçular arasında Avropa birinciliyi keçirilib. SİA-nın məlumatına görə, İjevsk şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında qitə birinciliyində azərbaycanlı hakim Nazim Umbayev də yarışı idarə edən ədalət təmsilçiləri arasında yer alıb. Beynəlxalq dərəcəli hakimə Avropa birinciliyinin 2 final görüşü və bir neçə prinsipial qarşılaşması həvalə edilib.

Qeyd edək ki, mötəbər yarışda Azərbaycan cüdoçuları uğurla çıxış edərək 2 medal qazanıblar. Rəşid Məmmədəliyev (73 kq) qızıl, Nurlan Osmanov (66 kq) gümüş medala layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə