Karateçimiz birinci Dünya Çimərlik Oyunlarında mübarizə aparacaq

Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Dünya Çimərlik Oyunları keçiriləcək. SİA-nın məlumatına görə, ilk dəfə keçiriləcək yarışın proqramına karate də daxil edilib.

AMKF-nin prezidenti Yaşar Bəşirov və kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazovun rəhbərliyi altında karateçimiz Roman Heydərov kata yarışlarında mübarizə aparacaq.

Dünya Çimərlik Oyunlarında kata yarışları oktyabrın 12-13-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə