“Barselona” ŞOKDA: Dembele “El Klassiko”nu buraxacaq!

“Barselona”nın fransalı hücumçusu Usman Dembele İspaniya La Liqasının 10-cu turunda “Real”la keçiriləcək matçı buraxacaq. “Marca” nəşrinin yazdığına görə, İspaniya Futbol Federasiyası gözlənildiyi kimi Dembeleyə 2 oyunluq cəza verib. Buna səbəb onun “Sevilya” ilə matçda baş hakim Antonio Mateu Lahozu təhqir etməsi olub. Nəticədə Usman La Liqanın 9-cu turunda “Eybar”la, 10-cu turunda “Real”la matçlarda iştirak etməyəcək. Qeyd edək ki, "Barselona" - "Real" görüşü oktyabrın 26-ı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə