Azərbaycan badmintonçuları Səbuhi Hüseynov və Cahid Əlhəsənov Bolqarıstanın Sofiya şəhərində keçirilən “Future” seriyalı “Bulgarian International Championship 2019” turnirində çıxış ediblər. SİA-nın məlumatına görə, S.Hüseynov kişi badmintonçuların şəxsi yarışının təsnifat mərhələsində ilk görüşünü Yunanıstan təmsilçisi Axilleas Tsartsidisə qarşı keçirib. Üç set davam edən qarşılaşmada təmsilçimiz rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Badmintonçumuz növbəti mərhələdə İtaliya idmançısı Covanni Totiyə 0:2 hesabı ilə uduzub.
C.Əlhəsənov kişi badmintonçuların şəxsi mübarizəsində ingiltərəli Loyd Skinnerə 0:2 hesabı ilə məğlub olub.
Kişi badmintonçuların qoşa yarışında mübarizəyə səkkizdəbir final mərhələsindən qatılan C.Əlhəsənov-S.Hüseynov tandemi Finlandiya təmsilçiləri Paul Yesper-Anton Monberq cütünə 0:2 hesabı ilə uduzub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB