Azərbaycan millisi komandası Bəhreynlə yoldaşlıq görüşü və Macarıstanla AVRO-2020-nin seçmə oyunu ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.
SIA-nın məlumatına görə, Azərbaycan Premyer Liqasının VII tur matçında "Sabah"la matçda zədələnərək oyunu erkən tərk edən futbolçumuz Mahir Emreli bu gün tibbi müayinədən keçib. Futbolçumuzun ayaq bağlarında dartınma olduğu aşkarlanıb və Emrelinin təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu səbəbdən, 23 yaşlı hücumçu hər iki matç üçün açıqlanmış heyətdən çıxarılıb.
Əvəzində “Neftçi”dən Namik Ələsgərov millinin heyətinə dəvət alıb.
"Qarabağ"ın Lüksemburqda "Düdelanj"la keçirdiyi Avropa Liqasının II tur matçında zədələnmiş Qara Qarayevin isə millinin matçlarında iştirakı üçün heç bir problemin olmadığı müəyyənləşib.
Daha əvvəl "Neftçi"nin zədəli qapıçısı Səlahət Ağayevin əvəzində "Sumqayıt"dan Mehdi Cənnətova dəvət göndərilib.
Qeyd edək ki, Bəhreynlə oyun oktyabrın 9-da, Macarıstanla qarşılaşma isə oktyabrın 13-də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB