Bakıda “Məşqçilər üçün peşəkarlıq təlimləri” keçirilib

Bakıda “Məşqçilər üçün peşəkarlıq təlimləri” keçirilib

AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində “Məşqçilər üçün peşəkarlıq təlimləri” davam etdirilir. SİA-nın məlumatına görə, ADBTİA-nın və UNİCEF-in təyin etdiyi beynəlxalq mütəxəssislər tərəfindən Bakıda təşkil olunan təlimlərinə bu gün yekun vurulub. AFFA-nın inzibati binasında keçirilən təlimlərdə ümumilikdə Bakı üzrə 179 məşqçi iştirak edib.

Xatırladaq ki, Bakı və 7 müxtəlif region olmaqla 517 məşqçi üçün nəzərdə tutulan təlimlər ilk dəfə avqustun 9-da Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə