Millimiz Qırğızıstan yığmasıyla birgə hazırlığı davam etdirir GÜLƏŞ

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək.

SİA-nın xəbərinə görə, yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır. Avqustun 12-də start götürən təlim-məşq toplanışında Qırğızıstan yığması da iştirak edir. Komandalar ümumi fiziki hazırlıqla yanaşı, xalça üzərində taktiki-texniki çalışmaları da icra edir.

Qeyd edək ki, TMT avqustun 30-dək davam edəcək. Millimiz son hazırlığı Bakıda keçəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə