Şahmat festivalında 6 idmançımız mübarizə aparacaq

Şahmat festivalında 6 idmançımız mübarizə aparacaq

Avqustun 2-də Abu-Dabidə 26-cı şahmat festivalı çərçivəsində “Masters” turniri start götürəcək. SİA-nın məlumatına görə, ənənəvi turnirdə Azərbaycan şahmatçıları Ülvi Bacarani, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Atilla Eynullayev, Altay Eynullayev və Uğur İlyaslı mübarizə aparacaqlar.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçiriləcək.

Yarışda 28 ölkədən 150-dən çox şahmatçı qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə