"EYOF 2019"un atletika yarışlarının dördüncü günündə qızlar arasında 2000 metr məsafəyə maneələrlə qaçış və çoxnövçülük üzrə mübarizədə mükafatçılar müəyyənləşib.
Belə ki, qızlar arasında 2000 metr məsafəyə maneələrlə qaçış yarışında birinci pilləyə almaniyalı Blanka Doerfel yüksəlib. Macarıstanlı Qreta Varqa gümüş, norveçli Siqrid Alvik isə bürünc medala sahib olublar.
Qız atletlər arasında çoxnövçülük yarışında isə qızıl medala Finlandiya təmsilçisi Saqa Vanninen layiq görülüb. Norveçli Henriette Yaeger gümüş, yunanıstanlı Anastasiya Draqomirova isə bürünc medala yiyələniblər.
Bütün xəbərlər Facebook səhifəmizdə