İtaliyanın məşhur "Palermo" futbol klubu B seriyasından D seriyasına düşürülüb. İtaliya Futbol Federasiyası bununla bağlı qərarı dünən təsdiqləyib. Buna klubun maliyyə şərtlərini pozması səbəb olub. Beləliklə, "Palermo" növbəti mövsüm həvəskarlar liqası olan D seriyasında oynayacaq. Klubu B seriyasında isə C seriyasına düşən "Venesiya" əvəzləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB