Mövsümün sonunda “Neftçi”dən ayrılan Qoran Paratskinin yeni klubu müəyyənləşib. Belə ki, xorvatiyalı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. 32 yaşlı futbolçu 2014-2016 mövsümündə formasını geyindiyi “Slaven” (Belupa) ilə müqavilə bağlayıb. Məlumatı Xorvatiya klubunun rəsmi saytı yayıb.
Qeyd edək ki, Paratski “Neftçi”yə 2018-ci ilin yayında Yeni Zelandiyanın “Vellinqton Feniks” klubundan keçmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB