Braziliya ciu-citsusu üzrə Bakı çempionatı keçiriləcək

Braziliya ciu-citsusu üzrə Bakı çempionatı keçiriləcək

İyunun 15-16-da Şağan Olimpiya İdman Kompleksində Braziliya ciu-citsusu üzrə Bakı çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, yarış yeniyetmələr, gənclər və kişilər arasında keçiriləcək. Çempionatda Bakının idman klublarında 100-ə yaxın idmançı birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cui-Citsu Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə