"Neftçi" növbəti transferini həyata keçirib. SİA-nın məlumatına görə, "ağ-qaralar" "Keşlə"nin sağ cinah müdafiəçisi Cabir Əmirlini transfer edib. Transferin tezliklə rəsmən açıqlanacağı gözlənilir.
22 yaşlı futbolçu ötən mövsüm 18 oyuna 1 qol vurub. Cabir Azərbaycanın U-21 millisinin üzvü olub.
Qeyd edək ki, "Neftçi" "Qəbələ"dən Voislav Stankoviçi transfer edib. Stiven-Jozef Monroz və Rauf Əliyevlə də anlaşma əldə edilib. Məhəmməd Mirzəbəyov, Petru Raku, Qoran Paratski, Ruslan Abışovla yollar ayrılıb, Səlahət Ağayevlə müqavilə uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB