Ramil Şeydayevin komandasından vacib qələbə

Ramil Şeydayevin komandasından vacib qələbə

Futbol üzrə Azərbaycan millisinin üzvü Ramil Şeydayevin oynadığı “Krılya Sovetov” klubu gələn mövsüm Rusiya Premyer Liqasında çıxış etmək uğrunda pley-off matçına çıxıb. SİA-nın məlumatına görə, Samara təmsilçisi səfərdə “Nijni Novqorod”la qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb.

Start heyətdə meydana çıxan 23 yaşlı R.Şeydayev sona qədər oynayıb.

Qeyd edək ki, iki komanda arasındakı cavab oyunu iyunun 2-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə