Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi ilə əlaqədar mayın 2-də Bakı İdman Sarayında yeniyetmələr arasında stolüstü tennis üzrə beynəlxalq turnir start götürüb. SİA-nın məlumatına görə, turnirdə 2004-2007-ci, 2008-ci il təvəllüdlü və daha kiçik yaşlı idmançılar iştirak edirlər. Yarışın ilk günü 2004-2007-ci il yaş qruplarında idmançılar qüvvələrini sınayırlar.
Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və Latviyanın stolüstü tennisçiləri də medallar uğrunda mübarizə aparırlar.
Yarışa mayın 3-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB