İngiltərə Futbol Assosiasiyası (İFA) millinin və “Mançester Yunayted”in keçmiş ulduzu Pol Skoulzu oyunlara pul qoyuluşu etməkdə ittiham edib.
SİA-nın “Sports.ru” saytına istinadən verdiyi xəbərə görə, 44 yaşlı veteran futbolçu 17 avqust 2015-ci il tarixindən 12 yanvar 2019-cu il tarixinədək olan dövrdə 140 oyuna pul qoyuluşu edib.
Qeyd edək ki, İngiltərənin 5-ci liqasında çıxış edən “Solford Siti” klubunun istiqrazlarının 10 %-i Skoulza məxsusdur. Həmçiin, bu ilin fevral-mart aylarında keçmiş futbolçu “Oldhem” klubunu çalışdırıb.
Skoulz ittihamlara 26 aprel tarixinədək cavab verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB