Topaz Premyer Liqada 24-cü turun sonuncu oyunu keçirilib.
SİA-nın məlumatına görə, “Bayıl Arena”da “Səbail” çempionluğa oynayan “Neftçi”ni qəbul edib. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 50-ci dəqiqədə qonaqların hücumçusu Mirabdulla Abbasov açsa da meydan sahibləri 4 dəqiqə ərzində iki qol vuraraq hesabda önə keçiblər. “Səbail”in qollarına 81-ci dəqiqədə Ədilxan Qarəhmədov və 85-ci dəqiqədə Ağabala Ramazanov imza atıblar. Matça əlavə olunmuş 6-cı dəqiqədə isə Mamadu Mbodj “Neftçi”ni məğlubiyyətdən xilas edib.
Bu heç-heçə “Neftçi”nin çempionluq şansını xeyli azaldıb.
Flaqmanın qazandığı bir xal onun üçün məğlubiyyətə bərabər sayıla bilər. Belə ki, ağ-qaralar xallarının sayını 52-ə çatdırsa da 1-ci pillədəki mövqeyini “Qarabağ”a güzəştə gedib. “Səbail” isə 35 xalla 3-cü yerdəki mövqeyində qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB