“Qalatasaray” ciddi itki ilə üzləşib.“Fanatik” nəşrinin yazdığına görə, komandanın aparıcı üzvlərindən olan Kristian Luyindama cəzalı olduğundan Superliqanın növbəti turunda “Fənərbaxça” ilə keçiriləcək oyunu buraxacaq. Konqolu müdafiəçi Türkiyə kubokunda “Malatyaspor”la görüşdə birbaşa qırmızı vərəqə alıb. Türkiyə Futbol Federasiyası isə onu iki oyunluq cəzalandırıb. Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” oyunu aprelin 14-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB