Erməni futbolunda rasizm qalmaqalı!

"Ararat"ın futbolçusu Mpumelelo Dadiboy Zvane komandanın baş məşqiçisi Abraam Haşmanyandan Ermənistan Futbol Federasiyasına şikayət edib. "Report"un məlumatına görə, cənubi afrikalı yarımmüdafiəçi baş məşqçini onu döyməkdə ittiham edib. Şikayətində futbolçu bildirib ki, onunla Haşmanyan arasında münaqişə rasizm zəminində baş verib, bundan sonra isə baş məşqçi futbolçunu vurub.

Haşmanyan isə futbolçunu başqasının formasını oğurlamaqda ittiham edib. Komandanın digər üzvləri isə Zvanenin yalan danışdığını iddia ediblər.

Ermənistan Futbol Federasiyasından bildirilib ki, hazırda faktın araşdırılması üzrə müvafiq işlər aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə