Şahmat üzrə DÇ-də 3-cü turun oyunları keçirilir

Şahmat üzrə DÇ-də 3-cü turun oyunları keçirilir

Bu gün Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə kişilər arasında komandalararası dünya çempionatının 3-cü turunun oyunları keçirilir. SİA-nın məlumatına görə, Azərbaycan komandası növbəti turda ev sahibi ilə qarşılaşır. Şahmatçılarımız Arkadi Naydiç Rinat Jumabayev, Rauf Məmmədov Murtaz Kajqaleyev, Qədir Hüseynov Anuar İsmaqambetov, Eltac Səfərli Denis Maxnyev ilə görüşür. Qeyd edək ki, komandamız ötən turlarda İngiltərə və Çin yığmalarına məğlub olub.

Üçüncü turda İran-İsveç, Misir-Hindistan, Rusiya-Çin, İngiltərə-ABŞ qarşılaşmaları keçiriləcək.

İki turun nəticəsinə görə, Rusiya, ABŞ, İngiltərə milliləri 4 xal, Hindistan, Çin, Qazaxıstan yığmaları 2 xal, İran seçməsi isə 1 xal toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə