FIFA “Qətər 2022” üçün tikilən stadionlardan razı qalıb

FIFA “Qətər 2022” üçün tikilən stadionlardan razı qalıb

FIFA-nın Təftiş Komissiyası 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə XXII dünya çempionatı üçün stadionların tikintisindən razı qalıb. TASS xəbər verir ki, oyunlara ev sahibliyi etməyə hazırlaşan “Əl-Vakra”, “Əl-Beyt” və “Əl-Rayyan” stadionlarının tikintisində irəliləyiş var. FIFA-dan bildiriblər ki, “Əl-Vakra” və “Əl-Beyt” stadionlarında tikinti işləri yekunlaşır. Bu arenalar 2019-cu ilin ortalarında istifadəyə veriləcək. Bundan əlavə, “Əl-Rayyan” stadionlarının tikintisi ilin sonunadək başa çatacaq.

FIFA müfəttişliyi və qətərli mütəxəssislər qrupu “Əl Vakra”, “Əl Beyt”, “Əl-Rayyan” stadionlarını və istifadəyə verilmiş “Xəlifə Arena”nı ziyarət edib. Ümumilikdə, dünya çempionatı üçün səkkiz stadion tikiləcək və yenidən qurulacaq. XXII dünya çempionatının oyunları 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək yeddi şəhərdə - paytaxt Doha ilə yanaşı, Lusail, Əl-Vakr, Əl-Xore, Əl-Rayan, Ümm-Salal və Mədinət-əş-Şamalda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə