İtaliya A seriyasının lideri "Yuventus" növbəti rekorda imza atıb. Bu mövsüm ölkə çempionatında məğlubiyyət görməyən Turin klubu A seriyasının tarixində ilk 25 matçda ən çox xal toplayan (69 xal) komanda olub.
Bundan əvvəlki rekord 66 xal idi. "İnter" (2006/2007), "Yuventus" (2013/2014) və "Napoli" (2017/2018) həmin rekorda şərik idi. Qeyd edək ki, Massimiliano Alleqrinin komandası bu mövsüm ölkə çempionatında 22 qələbə qazanıb, 3 heç-heçə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB