İkardinin transfer qiymətinin endiriləcəyi gözlənilir

İkardinin transfer qiymətinin endiriləcəyi gözlənilir

"İnter" yaxın günlərdə Mauro İkardinin müqavilə müddətini artıra bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, klubun direktoru Cüzerre Marotta xəbəri təsdiqləyib. Yeni sövdələşmə 4 il üçün nəzərdə tutulub. Futbolçunun qüvvədə olan müqaviləsi 2021-də başa çatır. Argentinalının satış qiymətinin 110 milyon avrodan 80 milyon avroya endiriləcəyi gözlənilir. Müqavilənin şərtlərinə görə, xarici klublar İkardini əldə etmək üçün 110 milyon avro xərc çəkməli idi. Forvard Milan təmsilçisində ilinə 4,5 milyon avro maaş alır. Futbolçunun isə 7,5 milyon avro tələb etdiyi deyilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə