"Neftçi" heyətinə yeni futbolçu cəlb edib. SİA-nın məlumatına görə, yunanıstanlı futbolçu Vanqelis Platellas ilə 1,5 illik müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sonuncu klubu OFİ (2018) olan Platellas Yunanıstanın “Kaliteya” (2005-2011), “Ksanti” (2011-2013), AEK (2013-2016), “Atromitos” (2016-2017), “Aris” (2017-2018) komandalarında da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB