Şahmat üzrə Azərbaycan çempionatında yeddinci turuna yekun vurulub

Şahmat üzrə Azərbaycan çempionatında yeddinci turuna yekun vurulub

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının yeddinci turuna yekun vurulub. Yeddi turun nəticəsinə görə, Məhəmməd Muradlı və İsmayıl Şahəliyev 5 xalla 1-2-ci yerləri bölüşürlər. Abdulla Qədimbəyli 4,5 xalla turnir cədvəlində üçüncü yerə yüksəlib. Dördüncü pillədə qərarlaşan Ülvi Bacaraninin də aktivində 4,5 xal var.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirə yanvarın 24-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə