Premyer Liqanın ikinci yarısına hazırlaşan "Zirə" futbol klubu Bakı toplanışını başa vurub. SİA-nın məlumatına görə, Samir Abasovun kollektivi bu gün Türkiyənin Antalya şəhərinə yollanacaq. “Qartallar” Bələk bölgəsində “Alva Donna Exclusive Hotel”də qalacaq. Bakıətrafı qəsəbə təmsilçisi Antalyada 4 yoxlama oyununa çıxacaq.
“Zirə” yanvarın 27-də toplanışı yekunlaşdırıb, Vətənə qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə