“Abşeron” klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir - ÖZƏL

“Abşeron” klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir - ÖZƏL

"Abşeron" klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir. SİA-nın məlumatına görə, Ağdam təmilçisinin əvəzedici heyətində oynayan Elvin Xudatov adıçəkilən klubun heyətinə baxışa dəvət olunub. E.Xudatov yanvarın 5-dən komandanın düşərgəsində olacaq.
Bu məsələ ilə bağlı futbolçu ilə əlaqə saxladıq. O, "Abşeron"un heyətinə düşmək üçün əlindən gələni edəcəyini, özünü yaxşı tərəfdən göstərməyə çalışacağını deyib: "İstirahət etmirəm. Məşq edib öz üzərimdə işləyirəm. Orada gənclərə üstünlük verirlər. "Abşeron"da ötən il "Qarabağ"da oynayan futbolçular var".

Qeyd edək ki, 11 yaşından futbolla məşğul olan E.Xudatovun ilk komandası "Şəfa" olub. 12 yaşında o, "Qarabağ"da, 17 yaşında "İnter"də, 1 il sonra isə yenidən Ağdam təmsilçisində forma geyinib.

Futbolçunun boyu 177 sm, çəkisi 67,19 kq-dır. 19 yaşlı E.Xudatov "İnter"in heyətində İranda keçirilən Asya turnirinin ən gözəl qolunu vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə