Azərbaycan Kubokunun 1/8 finalı rəqəmlərin gözü ilə

Azərbaycan Kubokunun 1/8 finalı rəqəmlərin gözü ilə

Bu həftə Azərbaycan Kubokunda 2018/19 mövsümünə start veriləcək. SİA-nın məlumatına görə, 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq. Peşəkar Futbol Liqasının rəsmi saytı cütlərin əvvəlki kubok yarışlarındakı oyunlarının balansını təqdim edir. Üz-üzə gələcək cütlərdən yalnız biri əvvəllər kubokda görüşüb.

Azərbaycan Kuboku

1/8 final
6 dekabr

1. “Ağsu” - “Sabah” - indiyədək qarşılaşmayıblar

2. “Şüvəlan” - “Keşlə” - 2 oyun, +0=1-1, top fərqi 0-1

Komandaların yolları indiyədək yalnız bir dəfə kəsişib. 2010/11 mövsümündə paytaxt təmsilçiləri yarımfinalda qarşılaşıb. Cütün taleyini həmin vaxt “İnter” adlanan “Keşlə”nin vurduğu 1 qol həll edib.

2010/11

1/2 final

İnter (Bakı) - AZAL (Bakı)

0:0, 1:0

3. “Qaradağ Lökbatan” - “Sumqayıt” - indiyədək qarşılaşmayıblar

4. “Kəpəz” - “Səbail” - indiyədək qarşılaşmayıblar

Bütün xəbərlər Facebook səhifəmizdə