Zohair Benouahi: “Komandamda “çamadan” əhval-ruhiyyəsi vardı” - AÇIQLAMA
"Muğan"-AZAL matçında komandamda "çamadan" əhval-ruhiyyəsi vardı. Futbolçular oyuna köklənməmişdi". Bu sözləri SİA-ya açıqlmasında AZAL-ın futbolçusu Zohair Benouahi deyib. O, futbolçuların çoxunun artıq məzuniyyət haqqında fikirləşdiyini qeyd edib. O, Salyan stadionunun da bərbad olmasını vurğulayıb: "Salyanda meydançanın da bərbad vəziyyətdə olması oyunumuza təsir etdi. Həmçinin mənimlə başqa bir aparıcı futbolçumuzun meydana çıxmaması öz sözünü dedi".
Futbolçu zədəli olduğuna görə son 4 oyunda çıxış edə bilmədiyini deyib: "Son dörd oyunda oynaya bilməmişəm. Zədə səbəbindən kənarda qalmışam. Hələ də zədəm sağalmayıb. Özümə inanıram, necə güclü oyunçu olduğumu bilirəm. Təki sağlıq olsun. Yenidən meydana çıxıb özümü göstərəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB