"Beşiktaş"lı Lens Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

"Beşiktaş"lı Lens Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

Futbol üzrə UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib. UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Beşiktaş"ın yarımmüdafiəçisi Cermeyn Lens ən yaxşı oyunçu seçilib. O, səsvermədə Bruno Fernandes ("Sportinq"), Olivye Jiru ("Çelsi") və Hakan Çalhanoğlunu ("Milan") qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə