Çempionlar Liqasında turun qolu açıqlanıb

Çempionlar Liqasında turun qolu açıqlanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı qolu müəyyənləşib. Azarkeşlər 4 namizəd arasında seçim aparıblar.

UEFA Maksvell Kornenin (“Lion”) “Mançester Siti”, Aryen Robbenin (“Bavariya”) “Benfika”, Andrey Kramariçin (“Hoffenhaym”) “Şaxtyor” və Dris Mertensin (“Napoli”) “Srvena Zvezda”nın qapısından keçirdiyi qolları namizəd elan etmişdi.

Səsvermə nəticəsində Robbenin vurduğu qol ən yaxşı seçilib. Hollandiyalı “Benfika” ilə görüşün 13-cü dəqiqəsində gözəl driblinq edərək hesabı açmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə