Xəbər verdiyimiz kimi, noyabrın 25-dən Yaponiyanın Tokio şəhərində Milli Olimpiya Komitələrinin Assosiasiyasının (MOKA) Baş Assambleyası başlayıb. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin rəisi Mehman Kərimov da iştirak edirlər.
Assambleya çərçivəsində 26-27 noyabr tarixlərində MOKA-nın Audit və Maliyyə, Marketinq, Atletlər, Beynəlxalq Əlaqələr və Tibbi Komissiyalarının iclasları keçirilib, məruzə çıxışları dinlənilib. Həmçinin, Gənclər Komissiyasının və Milli Olimpiya Komitələrinin Assosiasiyasının İcraiyyə Şurasının iclası gündəlikdə olan məsələlər sırasında idi.
28 noyabr tarixindən isə Milli Olimpiya Komitələrinin Baş Assambleyası öz işinə başlayıb. Assambleyada 206 Milli Olimpiya Komitəsindən 1400-ə yaxın nümayəndə iştirak edib. Tədbir MOKA-nın prezidenti şeyx Əhməd əl-Fəhad əl-Sabahın açılış nitqi ilə başlayıb.
Əlavə olaraq, assambleya iştirakçıları üçün "Tokio-2020" Yay Olimpiya Oyunlarının keçiriləcəyi yarış obyektləri ilə tanışlıq nəzərdə tutulub. Sonda Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB