Cüdo üzrə "Böyük dəbilqə" yarışının yekun mərhələsində 30 ölkədən 330 idmançı, o cümlədən 4 Azərbaycan cüdoçusu iştirak edəcək. SİA-nın məlumatına görə, "Böyük dəbilqə" bu gün Tokioda keçiriləcək. Azərbaycan idmançılarının ilk rəqibləri artıq müəyyən olunub. İdmançılarımızdan tatamiyə birinci Elxan Məmmədov (90 kq) çıxacaq. Onun rəqibi 33 yaşlı cüdoçu Uinston Qordon (Böyük Britaniya) olacaqr. Elmar Qasımov (100 kq) ilk görüşünü Latın Amerikasının yeddiqat çempionu, Olimpiadanın bürünc mükafatçısı Oreidis Despeynlə (Kuba) keçirəcək.
Ramilə Yusubova (63 kq) ABŞ təmsilçisi Leylani Akiyama ilə qarşılaşacaq. Kifayət Qasımova (57 kq) mübarizəyə ikinci dövrədən qatılacaq. Onun rəqibi Sabrina Filzmozer (Avstriya) və Şizuka Maki (Yaponiya) görüşünün qalibi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB