Qadın voleybolçular arasında Çempionlar Liqasının III turuna yekun vurulub. SİA-nın xəbərinə görə, ilk dövrənin son matçında "Rabitə" Polşanın "Aluprof" komandası ilə görüşüb.
Keçirdiyi 2 görüşdə də qələbə qazanan Azərbaycan təmsilçisi bu oyunda məğlubiyyətlə üzləşib. İlk setdə 25:21 hesablı qələbə qazanan polşalılar ikinci setdə eyni hesabla məğlub olublar.
Meydan sahibləri 7 xallıq üstünlüklə üçüncü setidə də qələbə ilə başa vurublar. Təmsilçimiz sonuncu, dördüncü setdə qalib gəlsədə, tay-breykdə "Aluprof" üstün olub.
Beləliklə "Aluprof" "Rabitə" üzərində 3:2 hesablı qələbə qazanıb.
"Aluprof" – "Rabitə" - 3:2 (25:21; 21:25; 25:18; 20:25; 15:13)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB