“Neftçi”nin sabiq məşqçisi Bəxtiyar Musayevin yeni iş yeri müəyyənləşib. SİA-nın məlumatına görə, təcrübəli mütəxəssis bundan sonra paytaxt təmsilçisində çalışacaq. O, “Keşlə”də seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, vaxtilə “Xəzər Lənkəran” və “Neftçi”də məşqçi işləmiş millimizin sabiq üzvü son olaraq birinci divizion təmsilçisi “Zaqatala”nın idman direktoru vəzifəsində çalışıb. //Qol.az
Bütün xəbərlər Facebook səhifəmizdə