"Barselona" hücumçusu Pako Alkaseri icarəyə verib. SİA-nın məlumatına görə, ispan forvard karyerasını Almaniyada davam etdirəcək. 24 yaşlı futbolçu Dortmund "Borussiya"sı ilə müqavilə imzalayıb. Bundesliqa klubu Alkaseri 1 illik icarə əsasında heyətinə qatıb. Bu keçid üçün "Barselona"ya 2 milyon avro ödənilib. Müqavilədə satın alma bəndi də qeyd edilib. "Borussiya" Pakonu 23+5 milyon avroya birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Alkaser 2016-cı ildə "Valensiya"dan "Barselona"ya keçmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB