"Göztəpə" Mario Qomesi transfer etmək niyyətindədir

"Göztəpə" Mario Qomesi transfer etmək niyyətindədir

Türkiyənin "Göztəpə" klubu Almaniya millisinin sabiq üzvü Mario Qomesi transfer edir. SİA-nın məlumatına görə, İzmir klubu hazırda "Ştutqart"da çıxış edən 33 yaşlı ulduzun keçidini qısa müddətdə həll etmək niyyətindədir. "Göztəpə" Qomesə illik 1,5 milyon avro təklif edib. Alman futbolçunun yenidən Türkiyədə çıxış etmək istədiyi bildirilir.

Qeyd edək ki, karyerası ərzində "Ştutqart", "Bavariya", "Fiorentina" və "Volfsburq"da çıxış edən Qomes 2015/16 mövsümündə "Beşiktaş"ın formasını geyinib. O, indiyədək Almaniya millisində 78 oyun keçirərək 31 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə