Vüqar Məmməd: “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd “Keşlə”nin əvəzedici heyəti ilə keçirilmiş oyunla bağlı fikirlərini bildirib. SİA-nın məlumatına görə, baş məşqçi delə deyib: “Artıq doqquz gündür ki, təlim-məşq toplanışındayıq. Tibbi və fiziki testlərdən keçdikdən sonra futbolçuların funksional və texniki-taktiki hazırlığının yüksəlməsinə diqqət ayırırıq. İlk yoxlama oyununda futbolçuların hamısına şans verdik. Komanda çox istəkli idi. Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var. Səhvlərimizin üzərində işləyəcəyik. Əsas odur ki, futbolçular hara hazırlaşdıqlarını bilir və səylə çalışırlar. Qələbə münasibəti ilə komandamı təbrik edirəm”.
Qeyd edək ki, U-19 4:0 hesabı ilə qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB