Jurnalistlər «Neftçi»nin qələbəsinə inanır - SORĞU

Jurnalistlər «Neftçi»nin qələbəsinə inanır - SORĞU

Bu gün Premyer Liqanın XV turunun oyunlarına start veriləcək. Bu həftə azarkeşlər iki maraqlı və gərgin qarşılaşmanın şahidi olacaq. Belə ki, "Bakı" prinsipial rəqibi "Xəzər Lənkəran"ı, "Qarabağ" isə əzəli rəqiblərindən olan "Neftçi"ni qəbul edəcək.
SİA-nın məlumatına görə, fanat.az qarşılaşmalardan öncə sorğu keçirərək, jurnalistlərin oyunlarla bağlı proqnozunu öyrənib. Sorğuda iştirak edən həmkarlarımızın cavabı fərqli olub.
Onlardan əksəriyyəti - 12 nəfəri "Bakı" - "Xəzər Lənkəran" matçının heç-heçə bitəcəyini düşünür. "Bakı"nın qələbəsini proqnozlaşdıranların sayı 4, "Xəzər Lənkəran"ın qələbə qazanacağını düşününlərin sayı 1 nəfərdi. Bir həmkarımız isə konkret cavab verməyərək, "Bakı"nın uduzmayacağını bildirib.
"Qarabağ" - "Neftçi" oyununda isə "Neftçi"nin qələbə qazanacağını düşünənlər çoxluq təşkil edir. Belə ki, 7 həmkarımız Premyer Liqanın liderinin bu oyunu üç xalla bitirəcəyini deyib. 5 nəfər "Qarabağ"ın qələbəsini, 5 nəfər də matçın heç-heçə bitəcəyini proqnozlaşdırıb. Bir həmkarımız isə "Neftçi" uduzmayacaq" deyib.

Emin Abbasov (Xəzər TV)
1. Oyun 1:1 hesabı ilə başa çatacaq
2. Oyun 1:1 hesabı ilə başa çatacaq

Ceyhun Rzayev (Xəzər TV)
1. Heç-heçə
2. "Neftçi" uduzmayacaq

Tural Xudiyev (Space)
1. "Bakı" qələbə qazanacaq
2. "Neftçi" qələbə qazanacaq

Elman Himayətoğlu (İTV)
1. "Bakı" qələbə qazanacaq
2. "Neftçi" 2:0 hesabı ilə qələbə qazanacaq

Elçin Cəlilov (Futbolpress.az)
1. "Xəzər Lənkəran" qələbə qazanacaq
2. Heç-heçə

Şahin Oğuz (Sportal.az)
1. "Bakı" qələbə qazanacaq
2. Heç-heç

Xəyal Azəroğlu (Qafqazinfo.az)
1. Heç-heçə
2. "Neftçi" qələbə qazanacaq

Elgün Vidadioğlu (Sia.az)
1. Heç-heçə
2. "Neftçi" qələbə qazanacaq

Rəşad Ergün ("KomandA" qəzeti)
1. Heç-heçə
2. "Neftçi" qələbə qazanacaq

Rövşən Binnətli (Lider TV)
1. "Bakı" uduzmayacaq
2. Heç-heçə

Siyavuş Əliyev ("İdman Azərbaycan")
1. "Bakı" qələbə qazanacaq
2. Heç-heçə

Natiq Muxtarlı (Fanat.az-ın köşə yazarı)
1. Heç-heçə
2. "Qarabağ" qələbə qazanacaq

Sənan Nəcəfov (Fanat.az-ın köşə yazarı)
1. Heç-heçə
2. "Qarabağ" qələbə qazanacaq

Rəşad Qəmərşahoğlu ("Sportsmen" jurnalı)
1. Heç-heçə
2. "Qarabağ" qələbə qazanacaq

Mahir Rüstəmli ("Futbol+" qəzeti)
1. Oyun 1:1 hesabı ilə başa çatacaq
2. "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanacaq

Fikrət Adıgözəlli (Az.TV)
1. Oyun 1:1 hesabı ilə başa çatacaq
2. "Neftçi" 1:0 hesabı ilə qələbə qazanacaq

Ürfan Məmmədli ("Çempion" qəzeti)
1. Oyun 1:1 hesabı ilə başa çatacaq
2. "Neftçi" qələbə qazanacaq

İlkin Vidadioğlu (Fanat.az)
1. Oyun 1:1 hesabı ilə başa çatacaq
2. "Qarabağ" 2:1 hesabı ilə qələbə qazanacaq

Bakı - Xəzər Lənkəran
Bakı: 4
Xəzər Lənkəran: 1
Heç-heçə: 12
"Bakı" uduzmayacaq: 1

Qarabağ - Neftçi
Qarabağ: 7
Neftçi: 5
Heç-heçə: 5
"Neftçi" uduzmayacaq: 1

Bütün xəbərlər Facebook səhifəmizdə