"Barselona" Artur Ramosu transfer edib

"Barselona" Artur Ramosu transfer edib

"Barselona" Braziliya "Qremio"sunun futbolçusu Artur Ramosu transfer edib. SİA-nın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi üçün 31 milyon avro ödəniləcək. Daha 9 milyon avro isə bonus kimi nəzərdə tutulub. "Barselona" ilə 6 illik müqavilə imzalayan 22 yaşlı oyunçunun buraxılış qiyməti 400 milyon avro təşkil edəcək.

Artur Ramos bu mövsüm "Qremio"nun heyətində Braziliya çempionatında 7 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, ötən mövsüm "Barselona" İspaniya çempionluğu və ölkə kubokunu qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə