PSJ Koutinyonu transfer etmək niyyətindədir

PSJ Koutinyonu transfer etmək niyyətindədir

PSJ klubu "Barselona"nın futbolçusu Filippe Koutinyonu transfer etmək niyyətindədir. SİA-nın məlumatına görə, Braziliya millisinin də formasını geyinən Koutinyo üçün PSJ rekord məbləğ təklif edir – 270 milton avro. Lakin həmin pul birbaşa "Barselona"ya deyil, futbolçunun agentinə ödəniləcək. Müqavilə 2023–cü ilə qədər nəzərdə tutulub. Deyilənlərə görə, Koutinyonun PSJ klubuna gətirilməsi ideyası Neymara məxsusdur.

Xatırladaq ki, Neymar özü "Barselona"dan PSJ klubuna 222 milyon avro müqabilində keçib. Koutinyo isə bu ilin yanvarında "Liverpul"dan ayrılaraq "Barselona" komandasının formasını geyinib. Bu transfer katalonlara 125 milyon avroya başa gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə